!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 84-cü GÜNÜ: Əməliyyatların operativliyi "sürünür" - TƏHLİL

!Reklam – Yazi

84 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 615 ədəd, avtomobil texnikası – 2 225 ədəd, səhra artilleriyası və minaatanlar – 485 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 207 ədəd, zenit-raket kompleksləri – 63 ədəd, təyyarələr – 203 ədəd, helikopterlər – 164 ədəd, PUA – 340 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 700 ədəd, avtomobil texnikası – 2500 ədəd, səhra artilleriyası və minaatanlar – 1 225 ədəd, YARS – 269 ədəd, zenit-raket kompleksləri – 335 ədəd, təyyarələr – 170 ədəd, helikopterlər – 130 ədəd, PUA – 717 ədəd.

Ukrayna-Rusiya müharibəsinin səksən dördüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib

Elxan Şıxəliyev bildirib ki, 84-cü gündə əməliyyatlar, əsasən, Lyman, Rubejnoe, Severedonetsk, Lisiçansk, Popasnoe, İzyum istiqamətində davam edib:

“Bu gün Mariupolun “Azovstal” ərazisindən əsirlərin digər hisəsi çıxarıldı. Son sutkada “Azovstal”ı 694 ukraynalı hərbçi tərk etdi. Onların 53 nəfəri xəstəxanalara yerləşdirildi. Mariupoldan “Azovçular”ın çıxarılması üçün dəhlizin açılması digər cəbhələrdə də bir günlük də olsa, fasilə etmələrinə şərait yaratdı. Adətən, əsirlərin dəyişdirilməsi mərhələsində bütün cəbhələr bundan xəbərdar olur. Xüsusən də atəşkəsə riaəyət olunması baxımından bu, vacib yanaşmadır. Birinci eşalon bölmələri atəşkəsin pozulmamasına birbaşa cavabdeh olurlar. Mariupol istiqamətində də biz bunu müşahidə etdik. Dediyimiz kimi, Rusiya siyasi rəhbərliyi əsir götürülmüş Mariupol müdafiəçilərini dəyişməmək üçün hüquqi baza yaratmaq istəyir. Hətta əsirləri dəyişməməklə bağlı parlament səviyyəsində qanun layihəsi hazırlamaq üçün proqram tərtib edirlər. Düşünürəm ki, deputalar Mariupol döyüşçülərini qanunla dəyişdirilməsi mümkün olmayan bir kateqoriya kimi tövsif edəcəklər.

Ukrayna qoşunları Zaporojets istiqamətində hərəkət edən rus hərbi kolonunu kamikadze dronlar və M-777 uzaqvuran haubitsaların zərbələri ilə sıradan çıxardı.

Gün ərzində Donetskin şimalında Rusiya qoşunlarının bütün hücum cəhdlərinin qarşısı alındı. Onlar PUA sistemləri və artilleriya zərbələri nəticəsində geri çəkildilər.

Ukrayna qoşunları Xarkov vilayətinin Patyomkin kəndini nəzarətə götürdü. Patyomkin kəndi ətrafinda müdafiə mövqeyində olan bölmələr PUA və artilleriya atəşlərinə tutuldu.

Rusiya qoşunları Luqansk istiqamətinə yeni hərbi bölmələr yeridir. Bu istiqamətdə onlar yenidən qruplaşma keçirərək irəliləməyə cəhd edəcəklər.

Digər cəbhələrdə döyüşlər lokal xarakter aldı. Ruslar Lyman, Rubejnoe, Severedonetsk, Lisiçansk, Popasnoe, İzyum istiqamətlərində hücum cəhdlərini davam etdirdilər. Bu istiqamətlərdə Rusiya-Ukrayna qoşunları arasında ciddi təmas döyüşləri gedir. Döyüşlərin intensivliyi itkiləri də artırır. Bəzi istiqamətlərdə Ukrayna qoşunları əks-hücum döyüşlərinə də cəhd edirlər. Tərəflərin ehtiyatlarının nisbəti Ukraynanın xeyrinə dəyişir. Bu səbəbdən lokal döyüşlərdə uğur qismən Ukrayna qoşunlarının tərəfinə keçir. Tərəflərin birinci eşalon bölmələri tam yorulmuş vəziyyətdə döyüşürlər.

84-cü gündə “sürünən” müharibədə tərəflərin döyüşləri yüksək templə aparması mümkünsüz görünür. Əmrlər yerinə yetirilməlidir. Amma qüvvələr yetərli deyil. Ehtiyatlar isə döyüşləri dəstəkləmir. Ona görə də əməliyyatlardan qeyri-adi nailliyyətlər gözləmək sadəlövhlük olardı. Tərəflər vəziyyəti qurtarmaqla günü bitirirlər. Bu templə döyüşlər hələ “sürünməyə” davam edəcək.

Bu gün İsveç və Finlandiya alyansa üzv olmaq üçün NATO-nun Baş katibinə ərizələrini təqdim etdilər. NATO Baş katibinin bəyanatı onlar üçün ümidverici görsəndi.

Amma Türkiyənin mövqeyinin də nə qədər təsirli olacağını hesaba qatmalıdırlar. Ankara administrasiyası bildirdi ki, Türkiyənin haqlı narahatlıqları həll olunmayana qədər İsveç NATO-ya üzv ola bilməyəcək.

Türkiyə artıq ilk mərhələdə Finlandiya və İsveçin NATO-ya üzv olmasını veto edib. Baş tutan danışıqlarda heç bir nəticə əldə edilməyib. Digər tərəfdən isə Yunanıstan Kiprlə bağlı iddialar səsləndirməyə başlayıb. Qərb cəbhəsi Yunanıstan kartını işə salaraq Türkiyəyə təhdidkar mesajlar verir. Görünən odur ki, Türkiyə bunların hamısına hazırdır və istədiyini almayana qədər dirəniş göstərəcək.

Eyni zamanda, bu gün Kann Kinofestivalında Ukrayna Prezidenti ayaq üstündə alqışlandı. Bütün platformalarda siyasi və ictimai təşkkilatlar birinci fürsətdə Ukraynaya öz mənəvi dəstəklərini verməkdə məqamı qaçırmırlar. Ukrayna siyasi rəhbərliyi bununla daha da ruhlanmış olur. Bu enerji, öz növbəsində, hərbi strukturlara ötrülür.

Bütün səviyyələrdəki qoşunların hərbçilərinin bu enerjini əməliyyatlar teatrına necə ötürəcəklərini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

415
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv