!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 93-cü GÜNÜ: Hərbi-siyasi vəziyyət Kremlin lehinədir - TƏHLİL

!Reklam – Yazi

93 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 648 ədəd, avtomobil texnikası – 2 255 ədəd, səhra artilleriyası və minaatanlar – 504 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 222 ədəd, zenit-raket kompleksləri – 77 ədəd, təyyarələr – 208 ədəd, helikopterlər – 167 ədəd, PUA – 365 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 730 ədəd, avtomobil texnikası – 2 530 ədəd, səhra artilleriyası və minaatanlar – 1 247 ədəd, YARS – 282 ədəd, zenit-raket kompleksləri – 350 ədəd, təyyarələr – 176 ədəd, helikopterlər – 137 ədəd, PUA – 734 ədəd.

Ukrayna-Rusiya müharibəsinin doxsan üçüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 93-cü gündə döyüşlər taktiki səviyyədə, əsasən, Xarkov, İzyum, Lyman, Severodonetsk, Lisiçansk, Popasnoe, Svetlodarsk, Qorlovka yaşayış məntəqələri istiqamətində davam edib və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş verməyib:

“Bu gün əməliyyatlar teatrında Rusiya aerokosmik qüvvələri aktivləşdi. Belə ki, döyüş təyyarələrinin və helikopterlərinin istifadəsi bərpa olundu.

Donetsk istiqamətində rusların ön idarəetmə məntəqəsi vuruldu. Komanda məntəqəsində iyirmidən çox baş zabitin olduğu ehtimal edilir.

Xarkovun şimalında ruslar mövqelərini möhkəmləndirməyə çalışırlar. İzyum istiqamətindən Boqoradski istiqamətində hücumlara cəhd olundu.

Lyman ətrafında ciddi döyüşlər getdi. Severodonetsk-Lisiçansk istiqamətində hücumlar davam etdi. Onlar bu istiqamətdə Baxmut-Lisiçansk avtomobil yoluna çıxmağa cəhd etdilər. Zaporojye istiqamətində də hücumu davam etdirməyə cəhd göstərdilər. Xerson istiqamətində Ukrayna qoşunları əks-hücum keçirməyə cəhd etdi. Bu gün Xerson istiqamətində rusların çoxməqsədli SU-35 döyüş təyyarəsi və K-52 hücum helikopteri vuruldu.

Gün ərzində Rusiya aviasiyası 250-dən çox ukraynalı döyüşçünü, 9 tankı və “Qrad” MLRS-in beş qurğusunu məhv etdi. Yüksək dəqiqlikli raketləri olan təyyarə Ukraynanın 10-cu hücum briqadasına hücum edərək canlı qüvvə və texnikanın cəmləşdiyi 30 ərazini vurdu. Hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus bir MiQ-29 qırıcısını, 8 pilotsuz təyyarəni vurub, həmçinin “Toçka-U” raketini ələ keçirib. Rusiya Müdafiə Nazirliyi bir sutka ərzində qondarma DXR, LXR və Ukraynanın təhlükəli bölgələrindən Rusiyaya 19 598 nəfərin təxliyə edildiyini bildirib.

93-cü gündə də tərəflərin əməliyyat şəraitində ciddi dəyişiklik baş vermədi. Hər iki tərəfin artilleriya və minaatan batareyaları qarşılıqlı atəş zərbələri endirməyə davam etdi. Görünən odur ki, hər iki tərəfin birinci eşalon bölmələri çox yorğundur. Davam edən taktiki döyüşlərdə çoxlu sayda itkilər verirlər. İtkilər vaxtlı-vaxtında bərpa oluna bilmir. Ən yaxşı halda qoşunlar çıxdıqları hədləri müdafiə etməyə çalışırlar. Bundan artığına hər iki tərəfin qoşunlarının güc və vasitələri yetərli deyil. Zaman-zaman bu və ya digər tərəf hücum etməyə cəhd etsə də, uğur qazana bilmirlər.

Tərəflər əməliyyatlar teatrında vəziyyəti ciddi şəkildə dəyişdirilə bilmir. Bu səbəbdən müharibənin sonlanması uzanır. Bu vəziyyət rusları qane edir. Müharibə onların çıxdıqları hədlərdə dayandırılsa və yaxud atəşkəs elan edilsə, onlar operativ hədəflərinə nail olmuş sayılırlar. Rusların çıxdıqları hədlər gələcəkdə onların təhlükəsizlik zolağına çevrilə bilər.

Siyasi-hərbi vəziyyyət də artıq Rusiyanın lehinə dəyişməyə başlayıb. Ukraynanı müharibəyə sövq edən müttəfiqləri ölkələrində iqtisadi-sosial vəziyyətin pisləşməsindən ehtiyatlanırlar. Bu səbəbdən onlar Rusiya ilə Ukraynaya sərf etməyən şərtlərdə danışıqlara getməyi düşünəcəklər.

Buna Ukrayna siyasi rəhbərliyinin necə reaksiya verəcəyini önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

843
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv