Rusiya Ukraynada 35 mindən çox obyekti məhv etdi

Rusiya müharibə başlayandan indiyədək Ukraynada 35 mindən çox obyekti məhv edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onlardan 702-si mühüm infrastruktur əhəmiyyətlidir.

Məlumata görə, hücumlardan ən çox əziyyət çəkən Xarkov, Donetsk və Luqansk vilayətləridir.

Xatırladaq ki, Rusiya bu il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb./Report/