Rusiya Ukraynada 760-dan çox mədəni irs obyektini zədələdi və ya məhv etdi

Genişmiqyaslı işğal zamanı Rusiya Ukraynada 763 mədəni irs obyektini zədələyib və ya məhv edib.

Bu barədə Yenicag.az Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bunlardan 105-i respublika əhəmiyyətli obyekt, 241-i memarlıq abidəsi, 185-i tarixi abidədir.

Qeyd olunub ki, 23 abidə tamamilə dağıdılıb, 625-i qismən zədələnib, 115 abidənin zədələnmə dərəcəsi hələ də məlum deyil.