“Rusiya Kiyevə qədər irəliləyə bilər, ancaq cəbhənin genişlənməyi Kremlə sərf etmir”.
Bunu Yenicag.az-a açıqlamasında Ukraynaya yardım çatdırılana qədər Rusiyanın nə qədər irəliləyə biləcəyi ilə bağlı fikirlərini səsləndirən politoloq Turan Rzayev deyib.
Onun sözlərinə görə, xüsusilə Rusiya Prezidenti Vladimir Putinin andiçməsindən sonra Rusiya-Ukrayna müharibəsində aktivlik müşahidə edilir.
“Rusiyada hökumətdaxili dəyişikliklərin olması, həmçinin müdafiə nazirinin əvəzlənməsi proseslərin intensivləşəcəyi və daha genişmiqyaslı əməliyyatların başlayacağından xəbər verir”, – deyə politoloq bildirib.
Ətraflı videonu təqdim edirik:
Nəsimi Ələsgərli
Samir Məcidov