Rusiya Ukraynada özünün daha bir hərbi təyyarəsini vurdu – Bu dəfə Su-34 – FOTO/VİDEO

Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri növbəti dəfə öz təyyarələrini məhv edib.

Yenica.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə məlumat “InformNapalm” Beynəlxalq Kəşfiyyat Birliyinin “Telegram” kanalında yayımlanıb.

Məlumatda bildirilib ki, iyulun 18-nə keçən gecə Rusiya hərbçiləri işğal etdikləri Luqansk vilayətinin Alçevsk rayonu istiqamətində özlərinə məxsus Su-34 qırıcı-bombardmançı təyyarəsini vurublar.