“Rusiya Ukraynada uğur qazansa, növbə Baltikyanı ölkələrdə olacaq” – Harri Halem

“Bunun üçün təkcə Ukraynaya yardımın artırılması və Rusiyaya sanksiyaların tətbiqi yetərli deyil. Həm də onun müttəfiqlərinə təsir etmək lazımdır”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ-nin yenidən prezidenti seçilən Donald Trampın Ukraynada müharibəni necə dayandıracağı ilə bağlı fikirlərin səsləndirən siyasi şərhçi Harri Halem deyib.

Onun sözlərinə görə, 1945-ci ildən bəri Avropada baş verən ən böyük müharibənin danışıqlar yolu ilə həlli üçün Donald Tramp Rusiyada real sövdələşmə gücünə malik tərəflə qarşı-qarşıyadır:

“Soyuq müharibənin başa çatmasından keçən otuz il ərzində Rusiya, Avropadan daha böyük hərbi-sənaye potensialına çatıb. Eyni zamanda dünyanın ən böyük quru ordularından birinə, həmçinin dünyanın ikinci ən böyük nüvə arsenalına malik ciddi beynəlxalq oyunçuya çevrilib. Ukraynadakı müharibə səylərini İran, Çin və Şimali Koreya ilə əlaqələndirir, faktiki olaraq Yeni Avrasiya Oxunu yaradır.

Sülh danışıqları, Amerika və Avropanın Kiyevə verdiyi hərbi yardıma baxmayaraq, Rusiya qüvvələrinin qərbə doğru irəlilədiyi və Ukraynanın müqavimətinin qırılma nöqtəsinə yaxınlaşdığı vaxtda başlaya bilər. Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba belə “vəziyyət indiki halda davam edərsə, müharibəni uduzacağıq”.

Analitik əlavə edib ki, Respublikaçılar Partiyasının bəzi üzvləri bu fakta şübhəli yanaşsalar da, ABŞ Ukraynanın qələbəsinə maraq göstərmir:

“Polşadan başqa, Şərqi Avropa ölkələrinin ən böyük əhalisi olan Ukrayna, əhəmiyyətli mineral ehtiyatlara malikdir və əsas kənd təsərrüfatı ixracatçısıdır. Müharibə nəticəsində yoxsullaşsa da, təsirli müdafiə texnologiyası sektorunu inkişaf etdirib. Rusiya, əgər müharibədə uğur qazansa, sırada Baltikyanı ölkələr olacaq. Rusiyanın Kremlpərəst prezident təyin etmək məqsədilə Rumıniyada keçirilən son seçkilərə də müdaxiləsi gözləniləndir. Bir sözlə, Rusiyanın, Ukraynanın qərb sərhədlərində dayanacağını gözləməyə əsas yoxdur”.

“Əgər ABŞ Ukrayna müharibəsini Vaşinqtonun maraqları daxilində bitirmək istəyirsə, o, Rusiya üzərində həm hərbi, həm də iqtisadi təsir rıçaqları qurmalıdır. Bunun üçün təkcə Ukraynaya yardımın artırılması və Rusiyaya sanksiyaların tətbiqi yetərli deyil. Həm də onun müttəfiqlərinə təsir etmək lazımdır. Bir sözlə, gərgin və riskli proseslərin içindəyik”, – deyə o bildirib.

Nəsimi Ələsgərli