Rusiya Ukraynada verdiyi itkiləri açıqladı

Ukraynaya hərbi təcavüzü edən Rusiyanın müharibə başladıqdan bu günə kimi verdiyi itkiləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, rəqəmlər Müdafiə Nazirliyi tərəfindən paylaşılıb.

Qeyd edilib ki, 1 ay ərzində 1 351 rus hərbçisi həlak olub, 3 825 nəfər isə yaralanıb.

Ukrayna tərəfi isə Rusiyanın itkilərinin 16 mindən çox olduğunu bildirir.