Rusiya ukraynalı həkimləri məcburi döyüşə göndərir

Kreml müvəqqəti işğal olunmuş Zaporojye vilayətinin Berdyansk şəhərində Rusiya vətəndaşlığı pasportlarını almış yerli həkimləri hərbi qeydiyyata alınmağa məcbur edirlər.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

“İşğalçılar döyüş meydanında tibbi kadr çatışmazlığı ilə üzləşirlər. Hərbi həkim çatışmazlığını doldurmaq üçün Rusiya vətəndaşlığı pasportlarını almış Berdyansk tibb müəssisələrinin yerli işçilərini hərbi xidmətə yazılmağa məcbur etməyə başlayıblar. Bundan imtina ediləcəyi təqdirdə işğalçılar həkimləri iş yerlərini itirməklə hədələyirlər”, – məlumatda deyilir.