Rusiya Ukraynanın bu şəhərini də vurdu – Ölü və yaralılar var

Rusiya Ukraynanın Donetsk vilayətinin Kostiantynivka şəhərini vurub.

Yenicag.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak sosial media hesabında açıqlama verib.

Hücum nəticəsində 6 mülki vətəndaş həyatını itirib, 8 mülki şəxs isə yaralanıb. 16 mənzil, 8 ev, uşaq bağçası və bir çox binaya ziyan dəyib.

“Ruslar Kostiantynivkanı intensiv şəkildə bombalayır”, – Yermak bildirib.