Rusiya Ukraynanın Donetsk vilayətində daha bir qəsəbəsini ələ keçirdi

Rusiya Donetsk vilayətindəki Zaytsevo qəsəbəsini ələ keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Rusiya-Ukrayna müharibəsində Rusiya hərbi qüvvələrinin fəaliyyəti haqqında məlumat paylaşıb.

Ukrayna ordusunun Kupyansk istiqamətindəki hücumlarının dəf edildiyini ifadə edən Konaşenkov qarşıdurmada 120-dən çox Ukrayna əsgərinin zərərsizləşdirildiyini, 5 tank, 12 zirehli maşın və 14 avtomobilin məhv edildiyini iddia edib.

Son 24 saatda Ukrayna Silahlı Qüvvələrinin 8 qərargahının vurulduğunu, 4 sursat anbarının məhv edildiyini deyən Konaşenkov 2 döyüş təyyarəsi və 9 pilotsuz uçuş aparatının vurulduğunu bildirib.

Rusiya Müdafiə Mazirliyi Ukrayna tərəfinin bu günə qədər itkilərini açıqlayıb:

“Bu günə qədər 315 təyyarə, 157 helikopter, 2 min 160 pilotsuz uçuş aparatı, 379 hava hücumundan müdafiə raket sistemi, 5 min 412 tank və zirehli texnika, 862 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 3 min 452 haubitsa və minaatan 6 316 ədəd xüsusi hərbi maşınlar məhv edilib”.