Rusiya Ukraynaya qışda hücum edəcək? – Qərbdən Kiyevə XƏBƏRDARLIQ

Qərb mərkəzləri Rusiyanın Ukraynaya mümkün hərbi təcavüzünün qışda başlayacağını proqnozlaşdırırlar. 

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Kiyevi bu barədə bir sıra Qərb ölkələrinin xüsusi xidmət orqanları xəbərdar edib.

Qərbin xəbərdarlığı haqqında məlumatı Ukrayna müdafiə nazirinin müavini Anna Malyar açıqlayıb.

Onun sözlərinə görə, böyük ehtimalla, Rusiya qışda Ukraynaya hücum edəcək. Malyar bu qənaətin sadəcə, Rusiyanın Ukrayna ilə sərhədə geniş hərbi kontingent toplaması ilə deyil, həm də daxili olan məxfi məlumatlara əsaslandığını vurğulayıb.