Rusiya vağzalı raket atəşinə tutdu: 30-dan çox ölü var

Rusiya ordusu Ukraynanın Donetsk vilayətindəki Kramatorsk dəmiryol vağzalını raket atəşinə tutub.

Yencag.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın növbəti terrorçu hücumu nəticəsində 30-dan çox şəxsin həlak olduğu, 100-dən artıq şəxsin yaralandığı bildirilir.

Donetsk vilayət administrasiyasının rəhbəri Pavel Kirilenkonun sözlərinə görə, Rusiyanın məqsədi əhali arasında qorxu və təşviş yaratmaqdır.

“Polis və xilasedicilər ərazidə işləyirlər”, – deyə administrasiya rəhbəri qeyd edib.