Rusiya və Belarus Ukraynaya sülh çağırışı edib.
Yenicag.az xəbər verir ki, Kremlin sözçüsü Peskov Ukraynanı sülh danışıqlarına çağırıb və qan tökülməsinin dayandırılmasının şərtlərini elan edib.
Peskov bildirib ki, Ukrayna Rusiyanın şərtlərini yerinə yetirməyə razı olarsa, bütün hücumlar dayandırıla bilər:
“Ukrayna rəhbərliyinin vəziyyəti normallaşdırmaq üçün bütün imkanları var. Onlar vəziyyəti Rusiya tərəfinin tələblərinə cavab verən şəkildə həll etmək üçün hər cür imkana sahibdilər”.
Digər sülh çağırışı isə Rusiyanın müttəfiqi olan Belarusdan gəlib. Belarus Prezidenti Aleksandr Lukaşenko da Ukraynanı Rusiya ilə sülh danışıqlarına başlamağa və müharibədə daha çox itki verməməyə çağırıb.
Lukaşenko iddia edib ki, Ukraynanın Rusiya ilə danışıqlardan imtina etməsi “tam fiasko” ilə nəticələnəcək:
“Hər şey Ukraynadan asılıdır. Əslində, indi hər şey Ukraynanın əlindədir. Əgər onlar öz xalqları arasında çoxlu sayda ölüm görmək istəmirlərsə, dayansınlar”.
Qeyd edək ki, Ukrayna lideri Zelenski Krımın Ukraynaya ekstradisiyasının müzakirə olunacağı görüşü “vaxt itkisi” adlandırıb.