Rusiya və Çin birgə hərbi dəniz təlimləri keçirəcək

Rusiya ilə Çin yaxın günlərdə “Dəniz qarşılığı” adlı birgə dəniz təlimləri keçirəcək.

Yenicag.az xəbər verir ki, məlumatı Rusiya Müdafə Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirlik bildirib ki, raket-artilleriya atışı təlimləri Şərqi Çin dənizində keçiriləcək.

Məlumata görə, hərbi tədbirdə Rusiya Sakit okean Donanmasının flaqmanı “Varyaq” kreyseri, “Marşal Şapoşnikov” freqatı və iki korveti iştirak edəcək.

Təlimlərin dekabrın 21-27-də keçiriləcəyi nəzərdə tutulub./Report/