Rusiya və Çin birgə təlim keçirəcək

Rusiya və Çin silahlı qüvvələri tezliklə birgə “Şimal. Qarşılıqlı fəaliyyət-2023″ təlimləri keçirəcək. 

Yenicag.az xəbər verir ki, müvafiq bəyanat Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin saytında dərc olunub.

Qeyd olunur ki, təlimlərin məqsədi “strateji dəniz kanallarının təhlükəsizliyini qorumaq, Çin və Rusiya silahlı qüvvələri arasında strateji koordinasiya səviyyəsini artırmaq, regional sülh və sabitliyi birgə qorumaq və müxtəlif təhlükəsizlik çağırışlarına cavab vermək bacarığını artırmaq olacaq. .”

Təlimlər Yapon dənizində baş tutacaq.

Məsimə