Amur çayı üzərindəki Rusiya və Çini birləşdirəcək ilk avtomobil yolu körpüsünün tikintisi başa çatıb.
Yenicag.az Çinin Heihe şəhəri ilə Rusiyanın Blaqoveşensk şəhərlərini birləşdirəcək 20 kilometrlik yolun Amur çayı üzərindən keçən hissəsində körpünün uzunluğu 1 kilometrdir.
300 milyon dollarlıq layihənin tikintisi 2016-cı ildə başlayıb, açılışı isə gələn ilin aprelində olacaq. Rusiya hökuməti bu yol açıldıqdan sonra iki ölkə arasında yük daşımalarının 8 dəfə artaraq illlik 4 milyon tona çatacağını proqnozlaşdırır. Eyni zmaanda Çindən Rusiyaya gedən turistlərin sayının 2 milyona çatması gözlənilir.