!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya və Çindən mühüm addım: Birgə helikopter istehsalına başlanılır

!Reklam – Yazi

Rusiya və Çin arasında ağır yükdaşıma qabiliyyətinə malik vertolyotun hazırlanması barəsində danışıqlar başa çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında Rusiyanın Rostex əyalətinin Beynəlxalq əməkdaşlıq və regional siyasət korporasiyasının direktoru Viktor Kladov bildirib.

“Danışıqlar başa çatıb. Tərəflər müqavilə imzalamağa hazırdırlar. Bu, vertolyotun dizaynı üzrə müqavilədir və imzalandıqdan sonra dizayn işləri başlayacaq ” – deyə Kladov vurğulayıb.

“Bu, Çin helikopteri olacaq. Helikopterin hazırlanmasında çox işlər bir Çin şirkəti tərəfindən həyata keçiriləcək. Çin tərəfi Rusiyaya bəzi əsas komponentləri inkişaf etdirməyi tapşırıb” – deyə Kladov bildirib.

Qeyd edək ki, 2016-ci ildə Rusiya və Çin AHL (Advanced Heavy Lift) vertolyotunun inkişaf etdirilməsi barəsində razılaşma əldə edib. Rusiya baş naziri Dmitri Medvedev 2017-ci ilin fevral ayında bu vertolyotun birgə inkişafı üzrə hökumətlərarası müqaviləni təsdiqləyib.

Layihə, dizayn, helikopter prototiplərinin istehsalı, sınaqların aparılması, sertifikatlaşdırma, hazırlıq və təkrar istehsal, həmçinin vertolyotun bazarda marketinqi də daxil olmaqla proqramı bütövlükdə həyata keçirmək Çinin məsuliyyətindədir.

Həşim Səhrablı

www.yenicag.az

3940
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv