Rusiya və Ermənistan müdafiə nazirləri Qarabağdakı vəziyyəti müzakirə etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, nazirlər Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.