Rusiya və İran arasında nüvə enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub

Rusiya və İran arasında nüvə energetikası sahəsində əməkdaşlığın genişləndirilməsi barədə memorandumun reallaşdırılmasına dair yol xəritəsi imzalanıb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın “Rosatom” dövlət korporasiyasından bildirilib.

Yol xəritəsi Moskvada “Rosatom”un baş direktorunun müavini Nikolay Spasski və İranın Atom Enerjisi Təşkilatının vitse-prezidenti Bəhruz Kamalvəndi tərəfindən imzalanıb.

Memorandumun özü 2014-cü ilin noyabrın 11-də Moskvada imzalanıb.

Qeyd edək ki, “Rosatom” İranda bir neçə yeni layihə reallaşdırmaq niyyətindədir.

Yeniçağ.Az

COP29