Rusiya və İran birgə PUA zavodu tikir

Rusiya və İran birgə pilotsuz uçuş aparatı zavodu tikir.

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Peyk görüntüləri Rusiyada Rusiya-İran dron zavodunun tikintisinin aktiv mərhələdə olduğunu göstərir. Dron-kamikazelər fabrikdə kütləvi istehsala buraxılır”, – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, həmin dron kamikadzelərinin əsas hədəfi Ukrayna cəbhəsi olacaq./unikal