Rusiya və İran son qərarı Türkiyənin öhdəsinə buraxdı

Rusiya heyətilə təklikdə görüşən Suriyalı ekspert Bəsil əl-Hac Afrinlə bağlı məsələyə aydınlıq gətirib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Afrin hərəkatında baş verən gecikmənin ABŞ-dan qaynaqlandığını bildirən suriyalı ekspert son qərarı Türkiyənin verəcəyini söyləyib. O, İran və Rusiyanın Afrin məsələsini Türkiyəyə həvalə etdiyini qeyd edib:

“Afrin və İdlib məsələsində Türkiyə ən azı 3 ay itirdi və zaman onun əleyhinə işləyir. ABŞ-ın şantajları nəticəsində TSK Afrinə müdaxilə etməkdə gecikdi. Rusiya və İran son qərarı Türkiyənin verməsi məsələsində razılaşıblar. Bu qərar dövlət rəsmilərinə də çatdırılıb”.

COP29