Rusiya və İran XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir-Abdullahian BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən görüşdə Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

“Moskva və Tehranın müxtəlif səviyyələrdə siyasi dialoqu və qarşılıqlı maraq doğuran bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daha da inkişaf etdirmək niyyəti təsdiqlənib”, – deyə bildirib.

Tərəflər əsasən beynəlxalq mövzular ətrafında maraqlı fikir mübadiləsi aparıb, aktual regional məsələlərə toxunublar.