!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Misir müttəfiqliyi: “Regional sabitlik qoruna biləcəkmi?”

!Reklam – Yazi

Rusiya və Misir iki ölkə arasında çoxtərəfli tərəfdaşlığı yeni səviyyəyə qaldırmaq üçün səylərini davam etdirir.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Misirin “Əl-Ahram” qəzetinin saytında dərc olunan “Rusiya və Misir: Zamanla test edilmiş dostluq və əməkdaşlıq” adlı məqaləsində yazıb.

Lavrov qeyd edib ki, Rusiya ilə Misir arasında siyasi dialoq aktiv şəkildə inkişaf edir, ikitərəfli ticarət dövriyyəsi isə ildə 6,5 milyard dolları keçib.

Xarici işlər nazirinin sözlərinə görə, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq Misirin silahlı qüvvələri və qanunverici orqanlarının terrorist təhdidlərə qarşı daha effektiv mübarizə aparmasına stimul ver: “Bu sahədə əməkdaşlığın yeni formaları müvəffəqiyyətlə sınaqdan keçirilir, 2016-cı ilin oktyabrında Misir ərazisində və 2017-ci ilin sentyabrında Rusiya ərazisində birgə antiterror əməliyyatlarının aparılması buna sübutdur” – deyə, Lavrov fikirlərini izah edib.

Xarici işlər naziri: “Biz, Yaxın Şərqdə sülhün və sabitliyin təmin edilməsi, eləcə də regiondakı xalqların müstəqilliyini müəyyənləşdirmək hüququ təmin etmək məqsədiylə müxtəlif çoxtərəfli platformalarda koordinasiyanı gücləndirməyə hazırıq” şəklində əlavə edib.

“Beləliklə, Rusiya və Misir arasında çoxtərəfli tərəfdaşlığın yeni səviyyəyə çıxması, vətəndaşlarımızın rifahı, qlobal və regional sabitliyin qorunması üçün bütün zəruri ön şərtləri özündə ehtiva edib” – deyə Rusiya xarici işlər naziri sözlərini yekunlaşdırıb.

www.yenicag.az

5336
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv