Rusiya və Türkiyə 1 milyard dollardan artıq məbləğdə birgə investisiya fondunun yaradılması barədə memorandum imzalamaq niyyətindədirlər.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev deyib.
Onun sözlərinə görə, memorandum sentyabrın 4-5-də Çinin Xançjou şəhərində keçiriləcək G20 forumu çərçivəsində imzalana bilər.