!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya və Türkiyə kənar qüvvələrin səylərini neytrallaşdırmağa qadirdirlər” – Politoloq

!Reklam – Yazi

turkiye“Rusiya və Türkiyə arasında fərqli-fərqli təhlükələr baş verir. Ümumi təhlükələri də dəf etmək üçün tərəflər əməkdaşlıq etməyə başlayıblar”

Bu sözləri Yeniçağ.az-a Rusiya və Türkiyəyə təhlükələrin eyni yerdən gəlməsini şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib. Politoloq bildirir ki, tərəflər arasında təhlükədən başqa mənafe məsələsi də var:

“Həm Rusiya, həm Türkiyə böyük iqtisadi layihələr vəd edir. O cümlədən də Rusiyanın Türkiyədən qazanıb Avropaya çıxarılması, Rusiya “bostanlarının” Türkiyədə salınması, turistlərin Türkiyəyə axını, Türkiyə məhsullarına Rusiya bazarlarının qapı açması və s… bu kimi qarşılıqlı və faydalı layihələr var. Tərəflər bu layihələri həyata keçirtdikcə onların arasında yaxınlaşma daha da möhkəmlənir. Zərdüşt Əlizadə ile ilgili görsel sonucuDövlətlər fərqlidir, təhlükələr də fərqli və ümumi təhlükələrdir. Ümumi təhlükələri dəf etmək üçün də hər iki tərəf əməkdaşlığa start verdi”. Türkiyə ilə Rusiyanın münasibətləri pis olanda rus kanalları səhərdən axşama kimi qışqırırdılar ki, biz kürdlərə dəstək verməliyik: “Türkiyədə baş verən təhlükələrin bir hissəsi Rusiyadan keçirdi. Tərəflərin yaxınlaşması artıq bu təhlükələrin bir qədər neytrallaşmasına imkan verdi. Bu da hər iki dövlətin xeyrinə oldu. Bu iki ölkə böyük, regional dövlətdir. Türkiyə NATO-nun üzvüdür, güclü iqtisadiyyatı var, əhalisi 80 milyondur, Rusiyanın əhalisi isə 140 milyondur, böyük hərbi-sənaye kompleksi, atom silahı var və hər iki dövlətin böyük imperiya tarixi mövcuddur. Qeyd edirəm ki, Rusiya və Türkiyə kənar qüvvələrin səylərini neytrallaşdırmağa və öz müstəqil siyasətini yürütməyə qadir olan bir dövlətlərdir”.

 

Gülnarə Eynullaqızı

Yeniçağ.Az

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv