Rusiya Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriyada hərbi əməliyyatlar zamanı hava uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısı alınması haqqında memorandum imzalayıblar.
Yeniçağ.az Trend-ə istinadən bildirir ki, memorandumun cümə axşamı Rusiya Müdafiə Nazirliyində imzalandığı bildirilir.
Sənəd Suriya ərazisində terrorçuların mövqelərinə zərbələr zamanı Rusiya və Türkiyə aviasiyasının qarşılıqlı fəaliyyət və koordinasiya mexanizmini müəyyən edir.
Yeniçağ.az