!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

!Reklam – Yazi

501690Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Tərəflər Rusiyanın Türkiyədəki səfirinin qətli ilə bağlı araşdırma və Suriyanın Hələb şəhərindəki vəziyyəti müzakirə ediblər.

“Rəcəb Tayyib Ərdogan Vladimir Putini Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə əlaqədar aparılan istintaq barədə məlumatlandırıb. Məsələ ilə əlaqədar Rusiya və Türkiyə hüquq-mühafizə və xüsusi xidmət orqanlarının sıx koordinasiyası qeyd edilib. Hələb şəhərində başa çatan əməliyyata toxunan tərəflər sülh prosesinin başlanması, Suriya ərazisində hərbi əməliyyatların dayandırılması üçün münaqişənin siyasi həllində əlverişli şəraitin yaradıldığını vurğulayıblar”, məlumatda deyilir.

Yenicag.az

www.yenicag.az

580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv