Suriyanın Hələb əyalətində Rusiya və Türkiyə Hərbi-Hava Qüvvələri İŞİD-ə qarşı birgə əməliyyat keçirib.
Bu barədə Yeniçağ.Az APA-ya istinadən xəbər verir.
Rusiya Müdafiə nazirliyinin məlumatına görə, yanvarın 21-də Rusiya və Türkiyəyə məxsus hərbi təyyarələr Hələb əyalətinin Əl-Bab yaşayış məntəqəsi istiqamətində İŞİD terrorçu qruplaşmasının mövqelərinə hava zərbələri endirib. Əməliyyata Rusiya tərəfindən 3, Türkiyə tərəfindən 4 təyyarə cəlb edilib. Ümumilikdə 22 hədəfin vurulduğu bildirilir.
Yeniçağ.Az