Rusiya və Ukrayna 115 hərbi əsiri dəyişdirdi

Kursk istiqamətində əsir götürülmüş 115 rus əsgəri azad edilib və buna cavab olaraq Moskva Ukrayna silahlı qüvvələrinin 115 hərbi əsirini təhvil verib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyanatla çıxış edib.

Məlumata görə, hazırda Rusiya ordusunun bütün şəxsi heyəti Belarusdadır və orada qohumlarla əlaqə saxlamaq mümkün olub. Birləşmiş Ərəb Əmirlikləri hökuməti hərbçilərin vətənə qaytarılmasında vasitəçi rolunu öz üzərinə götürüb./unikal

COP29