Rusiya Venesuealaya yeni hərbi missiya göndərəcək: “Nə qədər lazımdırsa…”

Moskva və Karakas arasında razılaşmaya əsasən, Venesuelaya Rusiyadan yeni hərbi missiyalar göndərilə bilər.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə açıqlama ilə Venesuela xarici işlər nazirinin müavini İvan Xil çıxış edib:
“Rusiya ilə imzalanmış müqaviləyə əsasən, həmin ölkədən Venesuelaya yeni hərbi missiyalar yəqin ki, gələcək. Hərbi texnikanın işlək vəziyyətdə olmasına yardım edən ölkədə yerləşdirilmiş Rusiya hərbçiləri isə burada nə qədər lazımdırsa, o qədər qalacaqlar. Onların nə zaman geri qayıdacaqları hələ dəqiqləşməyib”.