Rusiya vətəndaşı Tərtərdə ölü tapıldı

Tərtər rayonunda bir nəfər dəm qazından ölüb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Rusiya Federasiyasının vətəndaşı, 1969-cu il təvəllüdlü Nəbiyev Nəbi Səməd oğlu Tərtər rayonunun Qaradağlı kəndində olan evin həyətindəki hamamda çimərkən dəm qazından boğularaq ölüb.

Meyit hamamda aşkar edilib.Faktla bağlı cinayət işi başlanıb.

 

COP29