Rusiya vətəndaşlığından məhrum edilmiş şəxslərə möhlət veriləcək

Rusiya Daxili İşlər Nazirliyi Rusiyanın vətəndaşlığını itirmiş şəxslərə vəziyyətdən asılı olaraq ölkədə 15 gündən 90 günə qədər qalmaq imkanı verən qanun layihəsi hazırlayıb.

Hazırlanan qanun layihəsinin sənədi Rusiya mətbuatında dərc edilib.

Qeyd olunur ki, artıq qanun layihəsi Rusiya Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Sənəd həmçinin Rusiya imperiyasında və ya SSRİ-yə məxsus ərazidə daimi yaşayan, qohumları olan şəxslərə yaşayış icazəsinin verilməsinin sadələşdirilmiş qaydasını təklif edir.

Rusiya Hüquqşünaslar Assosiasiyasının İdarə Heyətinin sədri Vladimir Qruzdev bildirib ki, qanun layihəsi Rusiya vətəndaşlığına xitam verilmiş və ya ona münasibətdə vətəndaşlığı əldə etmək qərarı ləğv edilmiş şəxslər üçün keçid müddəalarını nəzərdə tutur.

Məlumatda həmçinin bildirilir ki, bu düzəlişlər 2023-cü ilin oktyabrında “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə minməsindən sonra qeyri-müəyyən olan vətəndaşlığı olmayan şəxslərin hüquqi statusunu tənzimləmək üçün zəruridir.

Mənbə: İzvestiya

COP29