Rusiya Vinnitsa şəhərinə raket zərbələri endirdi: Ölənlər və yaralananlar var 

Rusiya hərbi qüvvələrinin Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirməsi nəticəsində 20 nəfər ölüb, 90 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, ölənlərdən 3-ü uşaqdır. Rusiyanın atdığı “Kalibr” raketlərindən birinin zabitlər evinə, digərinin isə hərbi komissarlığın ərazisinə düşdüyü xəbər verilir.