Rusiya Xankəndidə baş konsulluq açır? – Klimov

Azərbaycanda Rusiyanın yeni xarici nümayəndəliklərinin açılması məsələsi siyasi səviyyədə işlənir.

Yenicag.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan tərəfi ilə müvafiq razılaşmalar formalaşdırıldıqca konsulluq departamenti onlarla bağlı praktiki addımların həyata keçirilməsinə qoşulacaq.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Xankəndidə konsulluq açmaq istəməsini rəsmi səviyyədə bəyan etmişdi.

COP29