Rusiya Xəzər dənizində təlimlərə başladı

Xəzər flotiliyasının 20-yə yaxın hərbi gəmisi Xəzər dənizində təlimlərdə iştirak edib.

Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Xəzər Donanmasının hərbi-dəniz qüvvələrinin müxtəlif qruplaşması planlaşdırılmış komanda-qərargah təlimində iştirak etmək üçün Mahaçqala baza məntəqəsindən Xəzər dənizinin müəyyən edilmiş ərazisinə yola düşüb”, – deyə məlumatda bildirilib.

Təlimlərə 140-dan çox döyüş və yardımçı gəmi, 60-dan çox təyyarə, 10 minə yaxın hərbçi cəlb olunub.