Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiya XİN-dən ABŞ-a etiraz: "Deyilənlər, sadəcə, cəfəngiyyatdır"

Reklam: Sinerji Pro

“Azərbaycan həm idman, həm də mədəniyyət sahəsində bir çox beynəlxalq tədbirləri çox uğurla keçirib”

Yenicag.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirərkən deyib.

“Müxtəlif kütləvi tədbirləri, o cümlədən idman tədbirlərini uğurla keçirən ölkələr, nədənsə, Dövlət Departamentində qıcıq yaradır. Bu hesabatları yazan insanlar, görünür, heç vaxt Bakıda olmayıblar. Özüm şəxsən dəfələrlə Bakıda olmuşam və hər dəfə ora məmnuniyyətlə gedirəm. Bakının tarixi mərkəzi – görməli yerləri, muzeyləri, parkları tamamilə təhlükəsizdir və turistlər arasında böyük marağa malikdir. Deyilənlər, sadəcə, cəfəngiyyatdır”, – M.Zaxarova bildirib.

Qeyd edək ki, dünən ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb. Bu sistemi yaratmaqda məqsəd ABŞ vətəndaşlarının ölkə xaricində müdafiəsini gücləndirməkdir. Azərbaycan amerikalı turistlərin təhlükəsizliyi baxımından risk olan dövlətlər arasında ikinci kateqoriya ölkələr siyahısına daxil edilib.

www.yenicag.az

1391
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100