Rusiya XİN-dən ABŞ-a nota

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın Moskva səfirliyinə nota göndərdiklərini bildirib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, XİN sözçüsü Rusiyanın San Fransisko konsulluğundakı arxivlərə göstərdiyi münasibətə görə rəsmi Vaşinqtona nota verildiyini söyləyib.

Zaxarova açıqlamasında bu ifadələrə yer verib:

“Konsulluqdakı bəzi arxivlər Rusiya tərəfinin təsdiqi olmadan açılıb, sonra isə icazəsiz paketlənərək xüsusi şirkət vasitəsilə aparılıb. Təbii olaraq, ABŞ-ın bu addımlarına qarşı nota verdik. Nota ABŞ-ın Moskvadakı səfirliyinə göndərilib”.

COP29