“Rusiya ABŞ tərəfindən Asiya-Sakit okean regionunda orta və qısamənzilli raketlərin yerləşdirilməsi məsələsini cavabsız qoymayacaq”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Qriqori Maşkov “RIA Novosti”yə müsahibəsində deyib.
Diplomat əmindir ki, ABŞ-nin planları həyata keçiriləcəyi təqdirdə, raket silahlanması ilə bağlı çoxtərəfli yarışa səbəb olacaq. Eyni zamanda, lazım gələrsə, Rusiya nüvə yayındırıcılığı sahəsində cavab tədbirləri görə bilər.
“ABŞ-nin planları həyata keçiriləcəyi təqdirdə, bu, raket silahlanması ilə bağlı çoxtərəfli və güclü silahlanma yarış dalğasına gətirib çıxaracaq. Biz öz tərəfimizdən təhlükəsizliyimizə yeni təhdidlərə cavab verməyə məcbur olacağıq və bunu təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyik, o cümlədən, lazım gələrsə, nüvə yayındırıcılığı sahəsində”, – deyə Maşkov qeyd edib.
Səfir əlavə edib ki, Rusiya ərazisindəki kritik obyektlər ABŞ raketlərinin hücumuna məruz qala bilər. Söhbət, həmçinin nüvə qüvvələrinin komandanlıq məntəqələri və bazalarından gedir.
“Eyni zamanda, Rusiya tərəfi dəfələrlə xəbərdarlıq edib ki, əgər ABŞ raketləri Avropa və Asiya-Sakit Okean regionunda peyda olarsa, Rusiya orta və qısamənzilli raketlərinin yerləşdirilməsi moratoriumu üzrə öhdəliklərə bağlı qalmayacaq”, – deyə Qriqori Maşkov xatırladıb.