Rusiya XİN-ə ən böyük kiberhücum – Mətbuat konfransı dayandırıldı

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova nazirliyin internet saytının kiberhücum nəticəsində bağlandığını bildirib.

Yenicag.az xəbər verir ki, kiberhücum planlaşdırılan mətbuat konfransının dayandırılmasına səbəb olub.

Zaxarova bildirib ki, rusiyalı kibertəhlükəsizlik mütəxəssisləri saytın yenidən işləməsi üçün çalışırlar. O bildirib ki, bu hücum “son zamanlar Rusiyanı hədəf alan ən böyük kiberhücumdur”.

Sözçü kiberhücumun Kazanda keçirilən BRİKS sammiti ilə eyni vaxtda həyata keçirildiyinə diqqət çəkib. “Biz bu hücumun Kazanda keçirilən BRİKS sammiti ilə əlaqəli olduğunu düşünürük”, – deyə o bildirib.

Qeyd edək ki, bu hücum bu ay Rusiyaya edilən iki böyük kiberhücumdan biridir. Bundan əvvəl ukraynalı kiberhücumçular ölkə prezidenti Vladimir Putinin ad günündə Rusiya dövlət televiziyasının saytını sındırmışdılar.

Nəsimi Ələsgərli

COP29