Rusiya XİN: “Moskva Kiyevlə əlaqədən imtina etmir”

Rusiya Türkiyədən Rusiya və Ukrayna XİN rəhbərlərinin yeni görüşünün təşkilinin mümkünlüyü barədə siqnal alıb.

Yenicag.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Onun sözlərinə görə, Moskva heç vaxt Kiyevlə əlaqədən imtina etmir.

Qeyd edək ki, Türkiyə tərəfinin təşkilatçılığı ilə Rusiya və Ukrayna XİN başçıları arasında görüş mart ayında Antalya Diplomatiya Forumu çərçivəsində keçirilib.