!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya XİN Nikolay Bordyujanın bəyanatına münasibət bildirib

!Reklam – Yazi

220220161434055976449“Ermənistan və Azərbaycanı atəşkəs rejimini qorumaq üçün üzərlərinə götürdükləri öhdəliyə ciddi riayət etməyə və vəziyyətin sabitləşməsi üçün bütün lazımı addımları dərhal atmağa çağırırıq”.

Yeniçağ.Az xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.

Dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədində baş verən insidentə münasibət bildirən Rusiya XİN tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırıb: “Daxil olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində qarşıdurma baş verib. Hər iki tərəfdən hərbi qulluqçular arasında itkilər var. Rusiya yaxınlarını itirənlərin ailəsinə başsağlığı veririk. Ermənistan və Azərbaycanı atəşkəs rejimini qorumaq üçün üzərlərinə götürdükləri məsuliyyətə ciddi riayət etməyə və vəziyyətin sabitləşməsi üçün dərhal bütün lazımı addımları atmağa çağırırıq”.

Rusiya XİN-dən Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın dünənki insidentlə bağlı bəyanatına da münasibət bildirilib: “O ki qaldı KTMT baş katibi Nİkolay Bordyujanın bəyanatına, KTMT-yə üzv dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi onların bu ilin oktyabrın 14-də Yerevanda qəbul olunan birgə bəyanatında aydın ifadə olunub”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Yeniçağ.Az

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv