“Ukrayna cəbhədəki torpaqlarını geri qaytarmaqda mühüm uğur qazanana qədər Moskva ilə masaya oturmayacaq”.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya ilə danışıqlarda Ukraynanı təmsil edən deputat David Arahamiya bildirib.
“Rusiya ilə ancaq əlimiz gücləndikdə masa arxasında otura bilərik. Demək olar ki, bu, yəqin ki, ən tez avqustda olacaq”, – deyə deputat bildirib.
Ardınca Rusiya tərəfindən gərginliyi artıracaq açıqlama verilib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Ukrayna elə parçalanıb ki, heç vaxt öz keçmiş milli sərhədlərini geri qaytara bilməyəcək.