Rusiyanın Xarici İşlər Nazirliyi Türkiyədəki səfirinə qarşı edilmiş sui-qəsd haqda rəsmi bəyanat yayıb.
Məlumatda bildirilir ki, səfir Karlov aldığı güllə yaralarından xəstəxanada keçinib.
Xatırladırıq ki, bir neçə saat öncə Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov naməlum şəxs tərəfindən sərgi açılışında güllələnmişdi. Qatil polis tərəfindən vurularaq zərərsizləşdirilib.
Hazırda onun kimliyi dəqiqləşdirilir.
Yeniçağ.Az