Rusiya XİN Xələf Xələfovu mükafatlandırdı – FOTO

Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov 60 illik yubileyi münasibətilə Rusiya Xarici İşlər Nazirliyinin “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanına layiq görülüb.

Bu barədə Yenicag.az-a Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mükafatı təqdim etmək məqsədilə Xarici İşlər Nazirliyinə gəlib və Rusiya xarici işlər naziri Sergey Lavrovun məktubunu oxuyub.

Diplomat Xələf Xələfovun çoxşaxəli Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmləndirilməsinə önəmli töhfə verdiyini qeyd edib.

COP29