Rusiyanın Müdafiə Nazirliyi “Sarmat” qitələrarası ballistik raketinin uçuş sınağına dair video yayıb.
Yenicag.az-ın xəbərinə görə, videoda raketin şaxtadan qalxaraq hədəfə yönəldiyi görünür.
Nazirlik bildirib ki, “Sarmat” qitələrarası ballistik raketi Arxangelsk vilayətindəki kosmodromdan buraxılıb. Təlim döyüş başlıqları Kamçatkadakı poliqona çatıb.