Rusiya yeni raketini sınaqdan keçirtdi

Rusiya yüksək texnoloji imkanlara malik olan yeni raketini Qazaxıstanın Sarı-Şaqan hərbi poliqonunda sınaqdan keçirdib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Açıqlamada bildirilib ki, raket hərbi müdafiə sahəsində bir sıra üstünlüklərə malikdir. Belə ki, inkişaf etmiş texnologiya ilə təchiz olunmuş raket bir və bir neçə hücumu eyni anda dəf edə bilir.

Qeyd edək ki, qitələrarası yeni nəsil ballistik raketlərə qarşı müdafiədə istifadə olunacaq raket sınaqdan uğurla çıxıb.