Rusiya Yunanıstana 5 milyard ayıracaq

img1793678Rusiya Yunanıstanla imzalamağa hazırlaşdığı anlaşma çərçivəsində Afinaya “Türk axını” qaz kəmərinin tikintisi üçün 5 milyarda yaxın vəsait ayıracaq.

Yenicag.az musavat-a istinadən xəbər verir ki, bu barədə “Spiegel” xəbər yayıb. Xəbərdə anlaşmanın aprelin 21-də imzalanacağı bildirilir.

“Aqora” yunan nəşrinin yazdığına görə, Yunanıstan hökuməti Rusiya ilə anlaşmanı artıq bəyənib. Afinada ümid edirlər ki, Rusiya tranşı hesabına Avropa Birliyi ilə uzunmüddətli öhdəliklərə dair danışıqları ertələyə biləcək.

Qeyd edək ki, aprelin 7-də Türkiyə, Yunanıstan, Serbiya, Makedoniya və Macarıstan xarici işlər nazirləri “Türk axını” kəmərinin tikintisində iştirak barədə razılığa gəliblər.