Rusiya zərbə endirdi – Ölənlərin sayı 43-ə çatdı

Rusiya qüvvələrinin Donetsk vilayətinin Çasovoy Yar şəhərindəki yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, raket zərbəsi nəticəsində dağılan binanın dağıntıları altından indiyədək 38 nəfərin cəsədi çıxarılıb.

Qeyd edək ki, iyulun 10-da Rusiya ordusu Çasovoy Yar şəhərinə raket zərbələri endirib.