Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Rusiyada 1000-dən çox etirazçı saxlanıldı - VİDEO

Rusiyada “O bizim üçün çar deyil” şüarı altında etiraz aksiyaları keçirilib.

Yenicag.az xəbər verir ki, aksiyalar zamanı azı 1000 nəfər saxlanılıb.

Onlardan yarıdan çoxu paytaxt Moskvada saxlanılıb. Çelyabinskdə 164, Yakuskda – 75, Tolyattidə – 63, Sankt Peterbuqda – 53, Krasnodarda isə 49 etirazçı saxlanılıb.

Krasnoyarsk, Novokuznetsk, Kaluqa, Samara, Barnaul, Penza, Kemerovo, Voronej, Tver, Kurqan, Yekaterinburq, Blaqoveşensk və Tomskda da saxlanılanların olduğu bildirilir.

“O bizim üçün çar deyil” şüarlı etiraz aksiyaları müxalifət lideri Aleksey Navalnının tərəfdarları tərəfindən Rusiyanın onlarla şəhərində təşkil olunub. Aksiyalar prezident Vladimir Putinin inauqurasiyasına etiraz əlaməti olaraq keçirilir.

www.yenicag.az

694
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS